Ölkə

Konsertlərini təxirə saldılar

26 Dekabr 2024 08:38
Baxış: 1 021
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daha bir neçə mədəni tədbir və konsert təxirə salınıb.

Milli.Az xəbər verir ki, Avroviziya qalibimiz Nigar Camal ADNSU-da baş tutması planlaşdırılan konsertini ləğv edib. Bu barədə o, özü məlumat yayıb:

"Bu gün ADNSU-da gerçəkləşdirilməsi planlaşdırılan konsertimiz rəhbərliyin və bizim ortaq qərarımızla təxirə salındı. Allah rəhmət eləsin!".

Həmçinin Əməkdar artist Dilarə Əliyeva 26 dekabrda keçirilməsi planlaşdırılan şousunu Matəm günü ilə əlaqədar olaraq başqa tarixə keçirib:

"Azərbaycan Dövlət Akademik Musiqili Teatrında sabah üçün planlaşdırılan "Dilarənin Yeni il hədiyyəsi" adlı stand up konsertimiz faciə səbəbilə 4 yanvar tarixinə ertələnmişdir. Allah rəhmət eləsin!".

Bundan başqa müğənni Günay İbrahimli də N. Camalla eyni gün ADNSU-da baş tutması planlaşdırılan konsertindən imtina edib. O, təyyarə qəzasında həlak olanların ruhuna hörmət göstərərək çıxış etməyəcəyini bildirib.

Bundan başqa gənc artist NURAN-ın "Qarabağ" Universitetində baş tutması planlaşdırılan çıxışı da təxirə salınıb. (olay)

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.