Meteor yağışı olacaq - bu tarixdə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hər il 4-20 dekabrda təkrarlanan Geminidlər meteor selinin piki dekabrın 13-dən 14-nə keçən gecə gözlənilir.
Bu barədə Milli.Az-a Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, Geminidlər ən intensiv dövri meteor sellərindən biridir:
"Aysız səmada saatda 150-dək meteoru müşahidə etmək mümkündür. Meteor yağışı əsasən Şimal Yarımkürəsində daha aydın görünəcək, lakin Cənub Yarımkürəsində də daha az intensivliklə izlənə bilər. Selin radiantı Əkizlər bürcünə uyğun gəldiyindən meteorlar əsasən bu bürc yaxınlığında peyda olacaqlar. Selin ən intensiv dövrü saat 02:00-da olacaq, lakin müşahidələr bütün gecə boyu davam etdirilə bilər".
Məlumata görə, meteor selləri adətən komet mənşəli olurlar:
"Lakin Geminidlər 3200 Faeton adlı göy cismi ilə əlaqələndirilir. 1983-cü ildə Fred Uippl tərəfindən kəşf edilən bu obyekt Yunan mifologiyasında Günəş tanrısının oğlu Faetonun adını daşıyır. Faetonun asteroid yoxsa komet olduğu hələ də dəqiq bilinmir, çünki Günəşə yaxınlaşdıqda "quyruq" yaratmır. Bu səbəbdən onun daş tərkibli yeni tip obyekt və ya "sönmüş" komet olduğu ehtimal edilir".
"Meteor selini müşahidə etmək üçün işıq çirklənməsinin az olduğu, şəhərdən kənarda yerləşən açıq məkanlar seçilməlidir. Ayın tam fazaya yaxın olması səbəbindən işığı müşahidələrə mane olacaq və bu, görünə biləcək meteorların sayına təsir göstərə bilər. Ay 14 dekabrda saat 06:56-da batacaq, bu isə qaranlıq səmada meteorları izləmək üçün 30 dəqiqəlik imkan yaradacaq.
Lakin 07:25-də artıq səhər alaqaranlığı başlayacaq və müşahidələr çətinləşəcək", - deyə məlumatda qeyd edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gözü dincəltmək üçün 20-20-20 qaydası - (Video)
-
İpek Erdem uzun illərdən sonra - tanımaq olmur - (Foto)
-
Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
-
Firəngiz Mütəllimova ailə qurmamasının səbəbini açıqladı
-
Şəhərin mərkəzində söküntü işlərindən narazılıq - (Video)
-
Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı
XƏBƏR LENTİ
-
Minlərlə soyuducunu dağın yamacına tulladılar - (Foto)
-
4 bürc çətinliyi geridə qoyacaq
-
Səhər yeməyi ilə 10 kilo alan həkim vərdişini dəyişdi və arıqladı
-
Evdən çıxanda telefonun bu funksiyalarını söndürün
-
Gözü dincəltmək üçün 20-20-20 qaydası - (Video)
-
Dünyaya ata olmaq üçün gələn 3 bürc
-
İpek Erdem uzun illərdən sonra - tanımaq olmur - (Foto)
-
Ən bahalı "iPhone"un əsas qüsurları açıqlandı
-
Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
-
Firəngiz Mütəllimova ailə qurmamasının səbəbini açıqladı
-
Şəhərin mərkəzində söküntü işlərindən narazılıq - (Video)
-
Günün qoroskopu: Sevgi həyatınız möhkəmlənir
-
Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı
-
Məktəbdəki insidentlə bağlı açıqlama
-
Bakının 3 rayonunda işıq olmayacaq
-
“Bəzi futbolçularımız dərsdən məşqə acqarına gəlir” - Rəşad Sadiqov
-
İspaniyadakı qatar qəzasının səbəbi bəlli oldu
-
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin (Fotosu)
-
REAL TV əməkdaşlarına qarşı kütləvi azğınlıqda iştirak edənlərin hər biri öz layiqli cəzasını alacaq - Mir Şahin Ağayev
-
Bağça direktorunun azyaşlıya qarşı zorakılıq etdiyi deyilir - (Video)
-
Efirə brilyantla gəldi - Fatiməyə “görməmiş” dedilər - (Video)
-
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
-
Faciəvi şəkildə ölən 7-ci sinif şagirdinin məktəb yoldaşları danışdılar - (Video)
-
Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama





