Məktəblər bağlanacaq? - RƏSMİ CAVAB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın Müdafiə və Səhiyyə nazirlikləri qış mövsümündə havanın temperaturunun enməsi ilə əlaqədar birgə məlumat yayıblar.
Məlumatda bildirilir ki, son günlər ölkədə soyuq hava şəraiti səbəbindən mövsümi respirator virus infeksiyalarına yoluxma hallarının artması ehtimalı olduğu üçün adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə onlarla görüşlərə müvəqqəti məhdudiyyət qoyulub.
Yenidən virus yayılma ehtimalı varmı? Bu məhdudiyyət orta və ali məktəblərə, uşaq bağçalarına da şamil oluna bilərmi?
Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, hazırda virus yayılması ilə bağlı heç bir təhlükə yoxdur.
"Müdafiə Nazirliyindən daxil olan müraciət əsasında birgə məlumat yayımlanıb", - deyə açıqlamada bildirilir.
Öz növbəsində Elm və Təhsil Nazirliyinin Mətbuat Xidməti də belə bir məsələnin gündəmdə olmadığını vurğulayıb.
"Belə bir məsələ aktual deyil. Hərbi hissədə əsgərlər gün ərzində birlikdə yaşayırlar, yeyirlər və s. Ona görə də onlar müəyyən qədər qapalı şəraitdə sayılırlar. Tələbə və şagirdlərlə isə bu, belə deyil. Onlar dərsdən çıxıb yenə də evə gedirlər. Qapalı məkanda qalmırlar", - deyə açıqlamada bildirilir.
Qeyd edək ki, qış mövsümündə soyuqdəymə və qrip kimi virus infeksiyaları geniş yayılır. Həkimlər xüsusilə risk qrupuna daxil olan uşaqların, yaşlıların və xroniki xəstəlikləri olanların qorunması üçün profilaktik tədbirlərə əməl etməyi tövsiyə edirlər./oxu.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Pensiya alanlara şad xəbər
-
Bu universitetdə 5500 manat maaşlı vakansiya var
-
Xəzər rayonunda 33 kiloqrama yaxın narkotik aşkarlandı
-
2027-ci il buraxılış imtahanlarının proqramları açıqlandı - DİM
-
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
-
Çində yük gəmisində yanğın oldu - 20 ölü var - (Video)
-
Renat Dadaşov Ukrayna klubunda
-
Məcnun Məmmədov özünə yeni müşavir təyin etdi
-
Hakimi təhqir edən futbolçuya ağır cəza
-
İstanbulda atışma: Yaralılar var
-
Paşinyan məhkəməyə verildi
-
Kirayədə yaşadığı evdən oğurluq etdi
-
Azərbaycanda bu məhsullar bahalaşdı
-
Bu heyvanları saxlayanlara 1000 manat veriləcək
-
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdi
-
Azıx mağarasından silah anbarı kimi istifadə edilib
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
-
Sahibsiz heyvanlar üçün sığınacaqlar tikiləcək
-
Tramp yatmaqdan imtina edir
-
Röyanın keçmiş əri atasının azadlığa çıxmasından danışdı: "Məni görəndə..."
-
Paşinyan Makronla görüşüb
-
Bu ölkədə hər il 20 minə yaxın insan intihar edir
-
Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi
-
Ölmüş heyvanlarla bağlı yeni qayda





