Ölkə

Zaqatala 24 yaşlı şəxs bıçaqlandı

9 Dekabr 2024 10:11
Baxış: 636
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən saat 23 radələrində Zaqatala rayonunun Mosul kəndində 2000-ci il təvəllüdlü Seymur Əsgərov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 1994-cü il təvəllüdlü Rasim Nurməhəmməd oğlu Əhmədova bıçaqla xəsarətlər yetirib.

DİN-dən Milli.Az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.