Xatirənin həkim bacısını "hədəf aldı": "Tibb təhsili yoxdur, amma əməliyyatlara başçılıq edib"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-ə köçən tele-aparıcı Qənirə Ataşova müğənni Xatirə İslamın bacısı Günel Əzizova ilə bağlı paylaşımı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, Qənirə Ataşova sosial media hesabında bu sözləri yazıb:
"Azərbaycanda tibb sahəsində necə "yaradıcı" yollarla həkim titulunun paylandığı və şou-biznesin bu prosesdəki "qeyri-rəsmi rolu" haqqında danışmaq istəyirəm. Burada həm ciddi bir məsələni qabardacağam, həm də bir az sarkazmla məsələyə işıq tutacağam. Başlayaq özünü "həkim" kimi təqdim edən Günel Əzizovadan.
Xatırladım ki, Günel xanım sosial şəbəkələrdə pasiyentlərini qəbul edərkən onların video görüntülərini yayımlayır, üstəlik, müayinə zamanı deontoloğiya elminə əməl etməyərək onları sözlə əzirdi...
Bir az araşdırmadan sonra məlum oldu ki, Günel xanımın tibb təhsili yoxdur. Amma bu, onun əməliyyatlar aparmasına, ginekoloji prosedurlar həyata keçirməsinə mane olmayıb. Əksinə, o, özünə o qədər güvənir ki, hətta bəzən əməliyyatlara başçılıq edib. Amma heç bir sənəddə adı keçmir.
Belə görünür ki, Azərbaycanın bəzi özəl klinikaları üçün əsas məsələ tibbi təhsil yox, "yaradıcılıq" bacarığıdır. Ən maraqlı məqam isə Günel Əzizovanın məşhur bacısıdır - Azərbaycanın şou-biznes ulduzu Xatirə İslam.
Xatirə xanımın təsiri ilə Günel Əzizova bir zamanlar tibb müəssisələrində Mirezim Zaidov adlı həkimin köməkçisi kimi işə başlayıb. Onun bu yolda "karyerası" maraqlı xətt üzrə inkişaf edib. Əvvəlcə ginekoloji şöbədə işləyib. Daha sonra tibb sahəsində kosmetoloji inyeksiyaları ilə davam edir. Və son mərhələdə isə tamamilə ginekoloq roluna girib. Bu sahədə əməliyyatlar aparmağa başlayıb.
Maraqlıdır ki, bu məsələlərdə bəzi klinikaların rəhbərliyi heç bir tədbir görmür. Görünür, TikTok və digər sosial media platformaları artıq tibbi peşəkarlıqdan daha üstün tutulur. Əgər həkimlərimiz bu cür səviyyələrə düşəcəksə, gələcəyimizə necə ümidlə baxa bilərik? Sonda deyim ki, məqsədim kimisə incitmək yox, cəmiyyətimizi maarifləndirməkdir. Həkimlərimizdən isə bir ricam var: TikTok səviyyəsinə düşməyin. Çünki bu səviyyə nə sizə yaraşır, nə də Azərbaycan səhiyyəsinə".
Aparıcı onu da deyib ki, Günel Əzizova ixtisasını düzgün açıqladığı halda onu dəstəkləyəcək: "Sizə bir çağırışım var. Əgər sosial media hesabınızdan adınızın qarşısından "doktor" sözünü götürüb, malik olduğunuz diploma uyğun ixtisasınızı qeyd etsəniz, məsələn, tibb bacısı, bloger, marketoloq, sizi dəstəkləyəcəm!"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda abort sayı doğuş sayına çatdı
-
Bakıda Formula 1 yarışı bu tarixdə keçiriləcək - Rəsmi
-
Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
-
Sentyabrın 17-də hava belə olacaq - Proqnoz
-
Veteranlara şad xəbər - 400 manat...
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
XƏBƏR LENTİ
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Azərbaycanda abort sayı doğuş sayına çatdı
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
-
Bakıda Formula 1 yarışı bu tarixdə keçiriləcək - Rəsmi
-
Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
-
Trampın 7 milyard dollarlıq sərvətinin sirri - Pulları haradan gəlir?
-
Paşinyan mükafat almaq üçün Almaniyaya gedir
-
Sentyabrın 17-də hava belə olacaq - Proqnoz
-
Veteranlara şad xəbər - 400 manat...
-
Hakimlər Komitəsinin sədrindən etiraf: Penalti səhv imiş
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Türkiyədə dönər və qiymə ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
General-mayor Anton Qrunis öldü
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Mertsin ABŞ səfəri ləğv edildi
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Tıxaca görə dərsə gecikən tələbələrə güzəşt olacaq?
-
İstanbulda boyun kütlətməyə gedən tır sürücüsü öldü - Həkimdən xəbərdarlıq - (Video)
-
Qəbələdə 65 yaşlı kişini avtomobil vurdu - Öldü
-
Bakıda 82 yaşlı kişi 9 mərtəbəli binadan yıxılaraq öldü
-
Hafiz Həsənovun məhkəməsində son qərar açıqlandı





