Bakıda xəstəxana "köçdü", xəstələr yolda qaldı - İDDİA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının əsas sağlamlıq ocaqlarından biri olan Respublika Klinik Xəstəxanasında gedən təmir işləri bir çox xəstənin rahatlığını pozub.
Milli.Az xəbər verir ki, bu barədə şikayət daxil olub.
Qeyd olunub ki, xəstəxananda aparılan təmir işləri səbəbindən həkimlər Bilgəh qəsəbəsindəki xəstəxanaya köçürülüblər, bu isə xəstələr üçün böyük çətinliklər yaradıb.
"Problem budur ki, yollarda qalmışıq. Hər hansı müayinədən keçmək istəyən xəstə əvvəlcə Bilgəhə getməli, həkimlə görüşdükdən sonra yenidən şəhərə, Respublika Klinik Xəstəxanasına qayıdıb lazımi tibbi aparatlardan keçməli və sonda yenə də Bilgəhə qayıdaraq həkimə nəticələri təqdim etməlidir. Bu isə bizim yollarda qalmamız deməkdir", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı oxu.az-ın sorğusuna cavab olaraq Respublika Klinik Xəstəxanasından bildirilib ki, xəstəxananın I korpusunda yerləşən altı şöbənin (Endokrinologiya, Qastroenterologiya, Kardiologiya, Pulmonologiya, Nefrologiya, Nevrologiya) və Terapevtik reanimasiya bölməsinin məhz həmin ünvana köçürülməsinə əsas səbəb Modul tipli xəstəxanada çarpayı fondunun müraciət edəcək pasiyentləri qəbul edə bilmək imkanına malik olmasıdır:
"Vətəndaşlara müasir standartlara uyğun tibbi xidmətin göstərilməsi məqsədilə Respublika Klinik Xəstəxanasının inzibati binasının uzun müddətdir istismar olunması və əsaslı təmirə ehtiyacının yaranması səbəbindən tibb müəssisəsinin altı terapevtik şöbəsi müvəqqəti olaraq xəstəxananın inzibati binasından Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Hacıağa Dadaşov küçəsi, 65 ünvanında yerləşən Modul tipli xəstəxanaya köçürülüb.
Əlavə olaraq bildirək ki, cari təmirə dayanan II korpusun (Cərrahi) müasir standartlara uyğun təmirindən sonra bütün zəruri infrastruktur yaradılacaq. 12 müasir əməliyyatxana, angioqrafiya, 80 çarpayılıq reanimasiya, təcili tibbi yardım, mərkəzi sterilizasiya, cərrahi şöbələr istifadəyə veriləcək. Ən son müasir avadanlıqlarla təchiz olunan cərrahi şöbələrdə açıq və endoskopik üsulla bütün növ cərrahi əməliyyatlar icra olunacaq.
Görülən bütün işlər əhaliyə müasir standartlara uyğun olaraq, yüksək səviyyədə tibbi xidmətin göstərilməsi üçün nəzərdə tutulub. Eyni zamanda, qeyd edək ki, Modul tipli xəstəxanaya müraciət edən pasiyentlərin hər birinə icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan bütün xidmətlər tək şəxsiyyət vəsiqəsi ilə ödənişsiz əsaslarla göstərilir. Sözügedən xəstəxanada vətəndaşlara tələb olunan tibbi xidmətlərin göstərilməsi mümkün olmadıqda tibb müəssisəsi bu xidmətləri göstərmək imkanına malik olan digər tibb müəssisəsinə (dövlət və ya müqaviləli tibb müəssisəsinə) göndəriş verir".
"Hazırda Modul tipli xəstəxanada instrumental-diaqnostik müayinələr də həyata keçirilir. Elektrokardioqram (EKQ), ultrasəs müayinəsi (USM), exokardioqrafiya (EXO), elektroensefaloqrafiya (EEQ) və rentgenoqrafiya üçün avadanlıqlar mövcuddur.
İxtisaslı həkimin göstərişi əsasında yalnız kompüter tomoqrafiya (KT) və maqnit rezonans tomoqrafiya (MRT) müayinələri üçün Respublika Klinik Xəstəxanasına göndəriş təqdim olunur", - deyə məlumatda vurğulanır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sərxan Kərəmoğlu: "Cənazəmi Azərbaycana gətirən kafirdir, yandırsınlar"
-
Bu şəxslər üçün şad xəbər: Elektrik xərcinin yarısını dövlət ödəyəcək
-
“Kızılcık Şerbeti”nin aktrisasının dəfninə niyə qatılmadığını açıqladı
-
İşlədiyin saata görə maaş alacaqsan - Kimlər daha çox qazanacaq?
-
Bakıda böyük söküntü: 3500 manat kompensasiya...
-
“Aşk-ı Memnu”nun aktrisası dəyişib belə oldu - (Fotolar)
XƏBƏR LENTİ
-
Sərxan Kərəmoğlu: "Cənazəmi Azərbaycana gətirən kafirdir, yandırsınlar"
-
"Ərdoğanla çox müsbət görüş keçirdik" - Paşinyan
-
“Fənərbağça” “Real”ın ulduzuna elçi düşdü
-
Bu şəxslər üçün şad xəbər: Elektrik xərcinin yarısını dövlət ödəyəcək
-
Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
-
“Kızılcık Şerbeti”nin aktrisasının dəfninə niyə qatılmadığını açıqladı
-
İşlədiyin saata görə maaş alacaqsan - Kimlər daha çox qazanacaq?
-
Bakıda böyük söküntü: 3500 manat kompensasiya...
-
“Aşk-ı Memnu”nun aktrisası dəyişib belə oldu - (Fotolar)
-
Azərbaycanlı rejissorun filminin Almaniyada təqdimatı olub - (Foto)
-
“Barselona” stadionunda vəfat edənlərin külü saxlanılacaq
-
100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - (Video)
-
Heydər Əliyevin müəllifi olduğu Konstitusiya Azərbaycanın sabit dövlətçiliyə keçidinin simvoludur - Sevil Mikayılova
-
Qəza törədib atasının ölümünə səbəb oldu - Məhkəmə qərar verdi
-
Aslan Fətullayevin dəfn vaxtı və yeri açıqlandı
-
Bu yolda sola dönən sürücülər cərimələnir
-
Ayın 13-də sərt şaxta olacaq - Proqnoz
-
Sumqayıt şəhərində gənc qız müəmmalı şəkildə vəfat etdi
-
Pensiyalarla bağlı şad xəbər verildi
-
İşlənmiş maşınlar ucuzlaşa bilər
-
Azərbaycanda ən yaşlı pensiyaçının neçə yaşı var?
-
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə xəbərdarlıq
-
Gələn ilin büdcəsindən mediaya 68 milyon manat ayrılacaq
-
Ardadan “Real”a rədd cavabı: 22 milyon maaşla bu kluba keçir





