Ölkə

Lənkəran, Mingəçevir və Naxçıvanda mərkəzlər açıla bilər

12 Noyabr 2024 10:50
Baxış: 624
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lənkəran, Mingəçevir və Naxçıvanda innovasiya mərkəzlərinin açılması mümkündür.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri İnarə Vəliyeva məlumat verib.

"Bakıda İnnovasiya Mərkəzi artıq açılıb. Yaxın planlarda Sumqayıt və Gəncədə, bəlkə də, başqa şəhərlərdə də mərkəzlərin açılması nəzərdə tutulur. Bizim yanaşmamız yerli bizneslə sıx əməkdaşlıqdan ibarətdir.

Məsələn, bu yaxınlarda Lənkəran və Mingəçevir nümayəndələri bizə müraciət etdilər. Biz əməkdaşlığa hazırıq. Hazırda plan Sumqayıt və Gəncə üçün təsdiqlənib, eyni zamanda, Naxçıvan, Lənkəran, Mingəçevir və digər şəhərlərdə də variantlara baxılır", - deyə o bildirib.

Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılıb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, yerli innovasiya mühitinin formalaşdırılması, ekosistemin gücləndirilməsinə xidmət edir. Nüvə elmi və texnologiyalarının sınaq təcrübələrini aparmaq, fiziki və hüquqi şəxslərə innovasiya yönümlü elmi-tədqiqatlarına və innovativ layihələrinə (Startapları) dəstək vermək, müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərərək ölkədə İKT sahəsində əlçatan təhsil və karyera imkanlarını təmin etmək, rəqəmsal hökumət və rəqəmsal cəmiyyətin qurulması və təşkilini həyata keçirmək Agentliyin prioritet istiqamətləridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.