COP29-da Azərbaycanın turizm imkanları milli stendlə nümayiş etdirilir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində turizm üzrə ölkəmizin dayanıqlılıq təcrübələri "Yaşıl Zona"da yerləşən destinasiya stendində təqdim olunur.
Bu barədə Milli.Az-a Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, 200 kvadrat metrlik sahədə yerləşən stenddə xarici qonaqlara və media nümayəndələrinə Azərbaycanın turizm potensialı haqqında məlumatlar təqdim olunur, Azərbaycanın turizm imkanlarını əks etdirən interaktiv xəritə və ölkə ilə bağlı promo videolar nümayiş etdirilir.
Stenddə Azərbaycanın milli mətbəxi, çay dəstgahı mədəniyyəti, milli şirniyyatlar, yerli şərablar, o cümlədən yerli biomüxtəlifliyin qorunması prinsipinə əsaslanan "Slow food travel" konsepsiyası barədə təqdimat və dequstasiyalar keçirilir.
Ziyarətçilərə, həmçinin xalçaçılıq, corab toxuma, yun əyirmə, keramika üzərində rəsmlər, təkəlduz və misgərlik kimi sənətlər üzrə əl işləri nümayiş etdirilir.
Azərbaycanın görməli yerlərinə virtual səyahət üçün nəzərdə tutulan VR (virtual reallıq) hissəsində qonaqlara Xınalıq, Yanardağ, Atəşgah, İçərişəhər, Şəki Xan Sarayı, Göygöl və digər tarixi və mədəni məkanlara canlı şəkildə səyahət etmək imkanı yaradılır.
Təqdimat zonasında 10 gün ərzində ziyarətçilər üçün hər gün dağ yürüşü, quş müşahidəçiliyi kimi ekoturizm məhsulları, təbiət turizmi potensialı, işgüzar tədbirlər üzrə imkanlar, Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən maddi mədəni irs nümunələr və Azərbaycan turizminin təbliğinə həsr olunmuş müxtəlif təqdimatlar təşkil olunacaq.
Qeyd edək ki, COP29 çərçivəsində 20 noyabr tarixində COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə COP tarixində ilk dəfə olaraq daxil edilmiş "Turizm Sahəsində Təkmilləşdirilmiş İqlim Fəaliyyəti məqsədilə Qlobal Əməkdaşlıq" Təşəbbüsünün icrası məqsədilə Turizm Nazirlərinin Yüksək Səviyyəli Görüşü, turizmin iqlim dəyişikliyində yeri üzrə bir sıra panel müzakirələr və əlavə tədbirlər keçiriləcək.
COP29 çərçivəsində Dövlət Turizm Agentliyi tərəfindən Abşeron və Altıağac Milli Parklarında turistlərə xidmət keyfiyyətinin artırılması üçün istiqamətləndirici işarələr və məlumatlandırıcı lövhələr quraşdırılıb, həmçinin parklarda turist xidmətlərinin təkmilləşdirilməsi istiqamətində yüngül infrastruktur yerləşdirilib.
Həmçinin COP29 tədbiri çərçivəsində şəhərimizi səyahət edən ziyarətçilərə tədbirlər və ölkəmizin turizm imkanları haqqında məlumatın verilməsi məqsədilə Bakı şəhəri üzrə xüsusi ayrılmış nəqliyyat qovşaqları üzərində 5 ədəd mobil turizm informasiya mərkəzi quraşdırılıb.
Ümumilikdə sayları 8-ə çatan turizm informasiya mərkəzləri (Nizami küçəsində "Nərgiz" TM-nin arxası, Dənizkənarı Milli Parkda "Park Bulvar" TM-nin arxası, Albert Aqarunov küçəsi, "Koroğlu" metro stansiyası (Bakı Stadionu tərəfinə çıxış), Heydər Əliyev Sarayı, "Port Baku" TM-nin çıxışı, "Sea Breeze Resort" kompleksi, hava limanında Terminal 2) tədbir müddətində hər gün saat 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Avtobus sürücülərinin qayda pozmasına görə hansı tədbir görülür? - (Video)
-
Bələdiyyə sədri qəfil öldü - (Foto)
-
Ögey qardaşı tərəfindən öldürüldüyü deyilən Gülarənin (Fotoları)
-
Qaranlıq yollara işıqqaytarıcı boyaların vurulması effektivdir? - (Video)
-
Müzəffər İsayev vəfat etdi
-
"Xəyanət edirsə, onu bağışla" - Ayan Babakişiyeva
XƏBƏR LENTİ
-
5 bürcə göydən pul yağacaq
-
Tualet kağızı tarixə qovuşur - yeni gigyena cihazı
-
Avtobus sürücülərinin qayda pozmasına görə hansı tədbir görülür? - (Video)
-
ABŞ Milli Təhlükəsizlik Agentliyi məxfi şəbəkəsində nasazlıq yarandığını təsdiqləyib
-
Putinin tərcüməçisi ABŞ rəsmiləri ilə görüşə damğa vurdu - (Video)
-
Bələdiyyə sədri qəfil öldü - (Foto)
-
ABŞ-də benzin xeyli ucuzlaşdı
-
Ögey qardaşı tərəfindən öldürüldüyü deyilən Gülarənin (Fotoları)
-
Günün qoroskopu: Ani qərarlar vermək üçün uyğun gün deyil
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 19 nəfər həlak olub - Yenilənib
-
11 milyon dollarlıq əmlak: Lamin Yamal Şakira və Pikenin evinin yeni sahibi oldu
-
ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər
-
Qaranlıq yollara işıqqaytarıcı boyaların vurulması effektivdir? - (Video)
-
Müzəffər İsayev vəfat etdi
-
"Xəyanət edirsə, onu bağışla" - Ayan Babakişiyeva
-
Məşhur aktyor Luis Lorenso həbs edildi
-
ABŞ Keşm adasına raket zərbəsi endirdi - (Video)
-
Bədbəxt hadisə nəticəsində ölən Elvinin (Fotosu)
-
Eldar İsmayılov təqaüdə göndərilir
-
"Atamda xərçəng aşkarlandı, 20 günün içində öldü" - Xuraman Əlizadə
-
Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
-
"Müalicəmi davam etdirmədim" - İntizar Məmmədzadə xəstəliyindən danışdı
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Bella və Cici Hadidin atası özündən 35 yaş kiçik rus modellə evlənir - (Foto)





