Ölkə

COP 29 zamanı 57 avtobusun hərəkət sxemi dəyişdiriləcək - Yenilənib

1 Noyabr 2024 20:25
Baxış: 2 360
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:25

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində Bakıda 57 avtobus marşrutu üzrə hərəkət sxemində dəyişikliklər baş verəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.

O qeyd edib ki, hazırda "Koroğlu" metrostansiyasından 30-dan çox marşrut fəaliyyət göstərir:

"COP 29 dövründə bu metrostansiya ətrafından "Piramida" adlanan ərazidən 3 marşrut işləyəcək. Bunlar 163, 184 və 214 nömrəli marşrutlardır. Üzbəüz tərəf isə tamamilə COP 29 əməliyyatları üçün istifadə olunacaq. Həmin 3 marşrut əsasən "Piramida" adlanan ərazidən Bakının Ramanı, Zabrat qəsəbələri, Suraxanı rayonu istiqamətində hərəkət edəcəklər. "Koroğlu" metrostansiyasına yönələn marşrutların əksər hissəsi "Ulduz" metrostansiyasına istiqamətinə yönəldiləcək. Bu da təxminən 12 sayda marşrutdur. Digər marşrutlar isə "Qara Qarayev" və digər metro stansiyalara yönəldiləcək. Hər bir dəyişmə və marşrutlar haqqında AYNA məlumatlar yayacaq".

"Ölkənin şimal istiqamətindən şəhərə daxil olmaq istəyən vətəndaşlara tövsiyə edirik ki, "Avtovağzal" metrostansiyasından istifadə etsinlər. Bu metrostansiyanın qarşısında olan Nəqliyyat Mübadilə Mərkəzindən 27 marşrut işləyir və şəhərin hər yerinə həm metro, həm ictimai nəqliyyatla çatmaq mümkündür. İctimai nəqliyatda dəyişikliklər yalnız marşrutların təşkilində baş verəcək. Amma digər dəyişiklikləri biz gözləmirik", - deyə A.Rzayev əlavə edib.

----------
18:41


COP 29 tədbirinin keçiriləcəyi ilk dörd gün ərzində Bakıda təxminən 10-dan çox marşrut xətti üzrə avtobusların hərəkətinin dayandırılması nəzərdə tutulub.

Milli.Az xəbər verir ki, bunu COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.

"Sabahdan hər bir marşrut haqqında məlumatları paylaşacağıq. Bu məlumatlarda hansı maşrutlar üzrə avtobusların hərəkətinin dayandırılacağı və altenativ marşrutlar göstəriləcək. Sadəcə indi bu böyük siyahını birdəfəlik paylaşıb çaşqınlıq yaratmaq istəmirik. Ona görə də bu məlumatları bir-bir paylaşmağa üstünlük veririk", - deyə A.Rzayev əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.