Ölkə

Avropa İttifaqının baş müzakirəçisi COP29-la bağlı çağırış etdi

1 Noyabr 2024 09:02
Baxış: 506
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COP29-da qəbul ediləcək yeni iqlim maliyyəsi hədəfi real, icrası mümkün və həyata keçirilməsi asan olmalıdır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlama verən Finlandiyanın Ətraf Mühit Nazirliyinin iqlim departamentinin direktoru və Avropa İttifaqının iqlim maliyyələşdirilməsi üzrə baş müzakirəçisi Outi Honkatukia qeyd edib ki, məqsəd, xüsusilə az inkişaf etmiş ölkələrdə və inkişaf etməkdə olan kiçik ada dövlətlərində uyğunlaşma səylərini dəstəkləməlidir. Honkatukia vurğulayıb ki, qlobal iqlim maliyyələşdirilməsi effektiv olmalıdır və yalnız danışıqlarla məhdudlaşmayaraq, daha geniş investisiya axınlarını əhatə etməlidir. Bu yanaşma inkişaf etməkdə olan ölkələrin dəyişən tələblərini qarşılamanın yeganə yoludur.

Honkatukia həmçinin qeyd edib ki, iqlim maliyyələşdirməsinin təsirini maksimum dərəcəyə çatdırmaq üçün fond cari 100 milyard dollarlıq hədəfə töhfə verənlərin çərçivəsindən çıxmalıdır.

"Finlandiya Azərbaycanın İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (CFAF) yaradılması təklifi haqqında daha ətraflı məlumat almaqda maraqlıdır. Qalıq yanacaq istehsal edən ölkələrin bu fonda dəstəyi mühüm əhəmiyyət daşıyır. Bu, COP28-də Dubayda razılaşdırıldığı kimi, qalıq yanacaqlardan uzaqlaşma səylərinə dəstək olacaq," - deyə Honkatukia əlavə edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.