Ölkə

Eldar Əzizov həmin əraziyə gəldi - FOTO

26 Oktyabr 2024 17:31
Baxış: 469
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Su Təsərrüfatı Dövlət Agentliyi və Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə təlimlər keçirilib.

Milli.Az "bakibaku.az"a istinadən xəbər verir ki, təlimlərdə gələcəkdə baş verə biləcək fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görüləcək tədbirlərin, eləcə də belə vəziyyətlərdə təşkilatların üzərinə düşən vəzifələrin müzakirəsi, maarifləndirmə işinin gücləndirilməsi diqqət mərkəzində olub.

Təlimlər Heydər Əliyev prospektində son yağışlar zamanı su basmış körpünün yaxınlığında, eləcə də paytaxtın digər potensial təhlükəli ərazilərində keçirilib. Təlim zamanı dövlət qurumlarının nümayəndələri görüləcək zəruri tədbirləri müzakirə ediblər.

Təlimlər zamanı bütün xidmətlərin yaxşı əlaqələndirilmiş və koordinasiya olunmuş işi qeyd edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.