Ölkə

"Tuneldə 3 nəfər qalmışdı" - Hadisənin şahidi danışdı - VİDEO

24 Oktyabr 2024 09:30
Baxış: 1 215
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Sabunçu rayonunda yağış suları ilə dolmuş tuneldə 2 nəfər boğularaq ölüb.

Milli.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, tuneldə qalıb görüntülərini qohumlarına göndərən bu şəxslər 1976-cı il təvəllüdlü Elnur Şirinov və 1995-ci il təvəllüdlü Köçəri Abbasovdur. Bu onların sonuncu görüntüləri olub.

Hadisə şahidləri bildirdilər ki, hadisə gecə 2-3 radələrində baş verib. 3 nəfər köməksiz halda qalıb, biri üzərək xilas ola bilib, ancaq qalanları boğulub. Onları xilas etmək istəyən şəxslər də buna nail ola bilməyiblər.

Ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən davam etdirilən axtarış-xilasetmə işləri nəticəsində ilk olaraq Elnur Şirinovun sonra isə Köçəri Abbasovun cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verildi.

Əraziyə Əraziyə Fövqəladə Hallar Naziri Kəmallədin Heydərov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov gəliblər.

Fakt ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.