"Baku Aktual" verilişinin efirində aparıcı Elçin Əlibəyli ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu arasında mübahisə düşüb.
Milli.Az manset.az-a istinadən xəbər verir ki, aparıcının su kəsintiləri ilə bağlı sualına mətbuat katibi aqressiv cavab verib. O, qurum rəsmisinə yaraşmayacaq tərzdə "Sizin sualınızın cavabını ya Nastradamus, ya da Vanqa verə bilər" deyə bildirib. Elçin Əlibəyli isə "siz hər halda heç biri deyilsiz, bu dəqiqdir" deyə mətbuat katibini sərt tənqid edib.
Xatırladaq ki, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza zamanı Ceyhun Musaoğlunun "insanlar eyni anda suyu açdıqları üçün texniki problemlər yaradır" deyə verdiyi açıqlama sosial şəbəkələrdə böyük qınağa səbəb olmuşdu.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun