Ölkə

Partlayan binanın sakinlərinin aqibəti necə olacaq? - VİDEO

19 Oktyabr 2024 21:41
Baxış: 1 418
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə ötən gün partlayış baş verən binadan sakinlərin köçürülməsinə başlanılıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, onlar yeni mənzillə təmin edilənə qədər kirayədə qalacaqlar.

Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sakinlərin məişətlə bağlı problemləri və yaralıların müalicəsi diqqət mərkəzində saxlanılır. Hazırda onların kirayə evlərə yerləşdirilməsi işləri davam etdirilir.

Binanın dayanıqlığı yoxlanıldıqdan sonra sökülməsi, yoxsa təmir olunması ilə bağlı müvafiq qərar veriləcək.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.