Ölkə

Generala ağır itki üz verdi - FOTO

15 Oktyabr 2024 11:57
Baxış: 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini vəzifəsində çalışmış məşhur general Hüseyn Əlixanova ağır itki üz verib.

Milli.Az manşet.az-a istinadən xəbər verir ki, onun qardaşı, tanınmış dramaturq və tərcüməçi Vaqif Əlixanlı vəfat edib.

81 yaşlı ədib ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, V.Əlixanlı sovet illərində uzun müddət Mədəniyyət Nazirliyində və AzTV-də müxtəlif vəzifələrdə çalışıb. Sonrakı illərdə "Space", ABA, "Lider" və  ANS TV-də baş redaktor vəzifəsində işləyib. 2013-cü ildən 2021-ci ilədək isə Yazıçılar Birliyinin orqanı olan "Qobustan" incəsənət jurnalının baş redaktoru olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.