Ölkə

Azərbaycanda minimum əməkhaqqı nə qədər artırıla bilər? - VİDEO

15 Oktyabr 2024 11:55
Baxış: 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələn ildən ölkədə minum əmək haqqı artırılacaq. Dövlət başçısı da VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bununla bağlı göstəriş verildiyini bildirmişdi.

Bəs artım nə qədər olacaq?

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sosioloq Üzeyir Şəfiyev deyir ki, bazarda qiymət dəyişiklikləri və inflyasiya göstəriciləri minimum əməkhaqqının artırılması məsələsini  reallaşdırır. O, qeyd edib ki, hazırda minimum əməkhaqqı 345 manat olsa da, bir çox müəssisələrdə bazara uyğun olaraq minimum 500 manat maaş verilir. Sosioloq gələn il artım zamanı da minimum əməkhaqının elə məhz 500 manat civarında olmasını daha məqsədəuyğun sayır.

Üzeyir Şəfiyev qeyd edib ki, ötən il inflyasiya səviyyəsi 8,8, orta aylıq əməkhaqqındakı artım 11,3 faiz olub. Bununla yanaşı, bu il də həm qiymət artımları, həm də nominal orta aylıq əməkhaqqının dəyişməsi qeydə alınıb.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanaraq noyabrın 1-dək təqdim ediləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.