Ölkə

Balakəndə şəhidin xatirə muzeyi yandı - FOTOlar

15 Oktyabr 2024 11:00
Baxış: 379
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balakən rayonunda şəhidin xatirə muzeyində yanğın baş verib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə rayonun Kortala kəndində qeydə alınıb.

Belə ki, Vətən müharibəsi şəhidi Əsgər Hüseynovun doğulduğu evin həyətində onun xatirəsinə inşa edilən yardımçı tikilidə qəfil yanğın baş verib.

Qonşuların köməyi ilə yanğın yerindən şəhidə məxsus bir neçə əşyanı çıxarmaq mümkün olub. Yanğın daha sonra yaxınlıqdakı mal tövləsinə də keçib.

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Balakən Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğının yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.