Ölkə

Mağazaya girdi, hamının borcunu ödədi, yoxa çıxdı

11 Oktyabr 2024 11:17
Baxış: 3 495
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəran rayonunda kəndlərin birində maraqlı hadisə yaşanıb. 

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, həmin kənddə mağazadan "nisiyə" məhsul götürən sakinlərin 11 min manatdan çox borcu bağlanıb.

Bu da kənd sakinlərinin sevincinə və heyrətinə səbəb olub. 

Sakinlər xeyirxah insanın kimliyini mağaza sahibindən soruşublar. Lakin mağaza sahibi də onun kim olduğunu bilmədiyini deyib. Sahibkar bildirib ki, mağazaya bir nəfər daxil olaraq kənd sakinlərinin nə qədər borcunun olması ilə maraqlanıb. Həmin şəxs borc dəftərini hesablatdırdıqdan sonra həmin vəsaiti ödəyib və mağazanı tərk edib.

Qeyd edək ki, hadisə bir neçə ay əvvəl baş verib. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.