Ölkə

Azərbaycanda halal hotellər istifadəyə veriləcək - VİDEO

10 Oktyabr 2024 18:00
Baxış: 435
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycana gələn xarici, eləcə də yerli müsəlman turistlər üçün halal hotellər istifadəyə veriləcək.

Milli.Az xəbər verir ki, statistik rəqəmlərə əsasən, hər il Azərbaycana müsəlman ölkələrindən 300 minə yaxın turist səyahət edir.

Halal turizm xidmətləri standartı müsəlman turistlər üçün təqdim olunan məhsul və xidmətlərin islam qaydalarına uyğun olması, yerli turizmin inkişafına töhvə verilməsi, həmçinin turistlərin müxtəlif mədəni və dini tələblərinin qarşılanması üçün nəzərdə tutulub.

Turizm ekspertləri bildirirlər ki, inkişaf etmiş bəzi müsəlman ölkələrində halal turizm konseptindən geniş istifadə olunur. Eyni zamanda bu konseptin Azərbaycanda da tətbiqi turizm sektorunun inkişafına şərait yaradacaq.

Qeyd edək ki, bu gündən beynəlxalq akkreditasiya tələblərinə cavab verən halal sertifikatlarının təqdim edilməsinə də başlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.