Ölkə

ADB Azərbaycan üzrə yeni ölkə direktoru təyin etdi

7 Oktyabr 2024 09:25
Baxış: 573
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Asiya İnkişaf Bankının (ADB) Azərbaycan üzrə yeni ölkə direktoru təyin edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu, Sunniya Durrani-Camalıdır.

O, bu gün ADB-nin Azərbaycandakı daimi nümayəndəliyində rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.

Xanım Durrani-Camal 25 ildən çox peşəkar təcrübəyə malikdir, onun 16 ilini əsasən rəhbər vəzifələrdə olmaqla ADB-də çalışıb. O, Bankın Kamboca üzrə ölkə direktoru, Şərqi Asiya, Cənub-Şərqi Asiya və Sakit okean regionu üzrə vitse-prezidentinin baş məsləhətçisi, həmçinin baş iqtisadçısı olub.

Xanım Durrani-Camal Böyük Britaniyanın Sussex Universitetindən iqtisadiyyat (İnsan kapitalının İnkişafı) üzrə magistr dərəcəsi və Pakistanın Quaid-i-Azam Universitetindən iqtisadiyyat elmləri (pul siyasəti) üzrə magistr dərəcəsinə malikdir. O, ADB-nin Azərbaycan nümayəndəliyində 2021-ci ildən bu vəzifəni icra edən ölkə direktoru Candice McDeigan-ı əvəz edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.