Ölkə

Qədim Bakı bazarları nə məqsədlə istifadə olunurdu?

6 Oktyabr 2024 16:53
Baxış: 1 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az bildirir ki, baku tv Bakı bazarlarının dünəndən bu günə kimi olan tarixi mövzusunda araşdırma materialı yayımlanıb.

Belə ki, qədimdən indiyədək Şərqdə bazar anlayışı xüsusi məna kəsb edib. Bir çox Şərq şəhərləri kimi, Bakı da qədimdən bazarları ilə məşhur olub.

Həm Bakının mərkəzində, həm də ətraf kəndlərində müxtəlif adlarda bazarlar, hətta "Bazarnaya" deyilən küçə var idi.

Deyilənə görə, Bakıda birinci bazar XIX əsrin 80-ci illərində indiki İstiqlaliyyət, keçmiş "Nikolayevskaya" küçəsində yaranıb.

20-ci əsrin əvvəllərində "Nikolayevskaya" küçəsində dəbdəbəli binalar tikilməyə başlayır. Bununla da sözügedən küçədəki bazar Aleksandr Nevski Katedralının yaxınlığındakı meydana köçürülür. "Köhnə Bakı" dedikdə ağıla gələn bazarlardan biri də öz yazılmayan qanunları ilə idarə olunan "Kubinka" bazarıdır.

Bu bazar "Nizami" metrosunun yaxınlığında "Sovetski" məhəlləsində yerləşirdi. Əvvəllər kim nə istəyirdisə, sözügedən bazarda tapa bilərdi. Keçmişdən indiyədək mövcudluğunu qoruyan "Bit bazarı"ı Sovet hakimiyyəti dövründə qurulub. Adıçəkilən bazarda diri bit satıldığına görə buraya "Bit bazarı" adını vermişdilər.

O zamanlar sarılıq xəstəliyinin bitlə müalicəsi bir növ dəb halını aldığı üçün bu həşəratı axtaran alıcının yolu mütləq həmin bazara düşürdü. Nadir memarlıq üslubu ilə inşa edilən "Şərq Bazarı"nın rəsmi açılışı 1982-ci ildə baş tutub.

Bu bazar müxtəlif illərdə restoran kimi də fəaliyyət göstərib. 2022-ci ildə yenidənqurmadan sonra fəaliyyət göstərən "Şərq bazarı" indi də fəaliyyətini davam etdirir. Eyni zamanda, bu bazar turistik yer hesab olunur.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.