Ölkə

Bakıda bu avtobus zolağına vaxt məhdudiyyəti tətbiq olundu

3 Oktyabr 2024 17:41
Baxış: 619
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abbas Mirzə Şərifzadə küçəsində təşkil edilən avtobus zolağına vaxt məhdudiyyəti tətbiq olundu.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində təşkil edilən avtobus zolağına bu gündən vaxt məhdudiyyəti tətbiq olunub. Küçədə avtobus zolağının saat 07:00-21:00 aralığında qüvvədə olma vaxtını göstərən yol nişanı quraşdırılıb. Beləliklə, A.M.Şərifzadə küçəsində digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir.

Avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 bal müəyyən edilib.

İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarını qaydalara riayət etməyə çağırırıq.

Qeyd edək ki, A.M.Şərifzadə küçəsində 13 müntəzəm marşrut xətti üzrə 200-yə yaxın avtobus fəaliyyət göstərir. Həmin marşrut avtobusları ilə gün ərzində 155000-dən çox sərnişin daşınır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.