Ölkə

VAZ-2107 dünyanın ən populyar avtomobilləri sırasında

25 Sentyabr 2024 22:23
Baxış: 368
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

VAZ-2105 və VAZ-2107 avtomobilləri dünya istehsalçılarının ən populyar nəqliyyat vasitələri siyahısında yeddinci yeri tutub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, reytinq Britaniyanın "Avtokar" (Autocar) nəşri tərəfindən hazırlanıb.

Məlumatda qeyd olunub ki, mütəxəssislər reytinqi sözügedən avtomobillərin tirajlarını nəzərə alaraq tərtib ediblər.

Reytinqin lideri 1966-cı ildən 51 milyon ədəddən çox satılan "Toyota Korolla" olub.

Sonrakı yerdə 43 milyon avtomobili satılan "Ford F-Series" pikapları qərarlaşıb. İlk üçlüyü "Volksvagen Qolf" qapayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.