Maraqlı

Pişiklər qısqanclıq hiss edə bilərmi?

25 Sentyabr 2024 22:45
Baxış: 285
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tədqiqatçılar və mütəxəssislər heyvansevərlərdən onlara insani keyfiyyətləri aid etməməyi xahiş edirlər. Məsələn, artıq neçə illərdir ki, cəmiyyətdə belə bir fikir formalaşıb ki, pişiklər təhqirə görə insanlardan qisas alır və ya paxıllıq edirlər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ekspertlər pişiklərin qısqanc ola biləcəyini öyrəniblər.

Pişiklər insanları qısqanır?

Yeni bir ev heyvanı görünəndə ev pişiyinin davranışındakı dəyişikliklər qısqanclıqla izah edilə bilərmi - bu suala hələ dəqiq cavab yoxdur. Amma məlumdur ki, pişiklər müəyyən yaşayış mühitinə alışırlar. Yad adamların görünüşünü düşmənçiliklə qəbul edirlər. Baytarlar və heyvan psixoloqları, evdə başqa bir heyvan görünəndə aqressiv davranışın və mebelin zədələnməsinin öz ərazisinə nəzarət etmək istəyi ilə əlaqəli olduğuna inanırlar.

Yəni, sahibinə sevimli ev heyvanı olmaq hüququnu bəyan etməyə çalışırlar. Eyni zamanda, mütəxəssislər pişiyin cinsinə, xarakterinə və tərbiyəsinə diqqət yetirirlər. Ev heyvanının davranışı da bu amillərdən asılıdır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.