Ölkə

Lənkəranda 29 yaşlı gənci maşın vurdu

25 Sentyabr 2024 06:22
Baxış: 258
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə şəhərin dənizkənarı hissəsində baş verib.

Belə ki, "Daewoo" markalı minik avtomobili Astara rayonunun Kolatan kənd sakini 1995-ci il təvəllüdlü Anar Bəxtiyar oğlu Ağarzazadəni vurub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada, sürücü tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər gəncin vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.