Ölkə

İlqar Mustafayev həbs edildi

17 Sentyabr 2024 16:07
Baxış: 2 579
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev həbs edilib.

Milli.Az Report-a istinadən xəbər verir ki, İ. Mustafayev xüsusilə külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmada təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 179.4-cü və 308-ci maddələri ittiham verilib.

Onun barəsində Binəqədi rayon Məhkəməsi tərəfindən 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bir neçə gün qabaq Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsində audit yoxlaması aparıb və çatışmazlıqlar aşkar olunub. Onunla bağlı toplanmış materiallar Baş Prokurorluğu göndərilmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.