Ölkə

Şərqi Zəngəzur və Qarabağda 4 il ərzində neçə mina qurbanı olub? - AÇIQLAMA

12 Sentyabr 2024 12:00
Baxış: 544
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-2024-cü illər ərzində ümumilikdə Şərqi Zəngəzur və Qarabağ ərazisində 379 nəfər mina qurbanları olub.

Milli.Az bildirir ki,  bu barədə Trend-ə ANAMA-nın əməliyyat rəhbəri Habil Babayev məlumat verib.

O qeyd edib ki, bunlardan da 70 nəfəri həyatını itirib. 309 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

"İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı qalıqları ilə ciddi şəkildə çirklənməsi müşahidə edilir. Onların işə düşməsi zamanı insanların həyat və ya sağlamlığının itirilməsi, uzunmüddətli ağır psixoloji travma almaları ilə nəticələnir.

Əksər hallarda minaların qurbanları mülki əhali olur. 2020-ci ilin noyabr ayından indiyədək 379 nəfər mülki şəxs mina qurbanı olub. Onlardan 70 nəfəri ölüb, 309 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - əməliyyat rəhbəri əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyin (ANAMA) işğaldan azad olunmuş ərazilərə jurnalistlər üçün mediatur təşkil edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.