Ölkə

2 avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri açıqlandı

6 Sentyabr 2024 20:03
Baxış: 2 976
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 123 nömrəli şəhərətrafı və 56 nömrəli şəhərdaxili avtobus marşrutlarının qaliblərini müəyyən edib.

Milli.Az AYNA-ya istinadən xəbər verir ki, sentyabrın 5-də keçirilən müsabiqədə 123 nömrəli şəhərətrafı (Sumqayıt şəhəri, Sülh küçəsi - "Azadlıq prospekti" metro stansiyası) marşrut üzrə hüquqi şəxs "F.Rövşən" istehsalat müəssisəsi və 56 nömrəli şəhərdaxili (Bayıl yaşayış sahəsi - Səbail rayonu, Salman Mümtaz küçəsi) marşrut üzrə hüquqi şəxs "Xan Nəqliyyat" MMC komissiya üzvləri tərəfindən qalib elan olunublar.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.