İtaliya Azərbaycana ixracı artırmağa çalışır - Ticarət Palatasının prezidenti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İtaliya Azərbaycanla ticarət dövriyyəsində ixracın payını artırmağa çalışır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi deyib.
"İllər ərzində Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi dəyişib. 2013-cü ildə Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 8 milyard dollar təşkil edirdisə, 2017-ci ildə 17 milyard dollara çatıb. Bu, əsasən, Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan İtaliyaya qaz tədarükü hesabına baş verib", - deyə Ticarət Palatasının prezidenti bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycandan İtaliyaya və əksinə malların ixracının həcmində müəyyən fərq var.
"Biz İtaliyanın Azərbaycana ixracını artırmalıyıq. Hazırda bu rəqəm bir neçə yüz milyon avroya yaxındır. Azərbaycan kiçik ölkə olsa da, inkişaf və əməkdaşlıq imkanları çoxdur", - deyə Manuela Traldi bildirib.
O, həmçinin, qeyd edib ki, İtaliya hökuməti öz şirkətlərinin Azərbaycan bazarında iştirakını genişləndirmək üçün hər cür səy göstərir.
"Bizim üçün təkcə ticarət dövriyyəsinin artması deyil, həm də layihələrin həyata keçirilməsi üçün İtaliya şirkətləri ilə bağlanmış müqavilələrin sayının artması vacibdir. İtaliyadan olan iş adamları üçün Azərbaycanda getdikcə daha çox imkanlar açılır", - deyə Ticarət Palatasının prezidenti bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Çıxarış olmadan mənzil alanlara xəbərdarlıq
-
Ev tikmək adı ilə 29 minini mənimsədi
-
Tramp: Hörmüzdə ödənişləri yalnız Vaşinqton tətbiq edə bilər
-
"Yayıblar ki, şeirə 2 min manat istəyib"
-
Günün qoroskopu: İş və şəxsi həyat balansını qoruyun
-
Yasamalda vətəndaşlar susuz qaldı
-
Qurban Qurbanov təsdiqlədi - "Onlar bizə çox gec qoşulublar"
-
Fotoşəkillərdə niyə "çirkin" çıxdığınızın elmi səbəbi bəlli oldu
-
DÇ-26: Niderland İsveçi darmadağın etdi
-
Hər gün ananas yeyənlər xəstəlik üzü görmür: İltihabın kökünü kəsən tropik möcüzə
-
Badamlı ərik mürəbbəsi resepti
-
Ütünü kənara qoyun: Geyimlərinizi hamar edən buz üsulu
-
Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində (Video)
-
Konfrans Liqasından imtina etmək istəyirdik - Rəşad Sadıqov
-
Qazaxa dolu yağdı (Video)
-
Türkiyədə sərnişin avtobusu aşıb - ölən və yaralananlar var
-
Sumqayıt tələbə adını qazanmaqda rekord nəticə göstərdi
-
Rusiya Zaporojyeyə hücum etdi - ölən və yaralananlar var
-
"Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub edib
-
Qarpız seçərkən diqqət edilməli olanlar: Qarpıza vurmaq köhnə üsuldur
-
Gerçek Alnıaçık "Taşacak bu deniz"dən gedir (Foto)
-
Netanyahu orduya Livanda atəşi dayandırmaq əmri verdi
-
Dua Lipanın toy (Fotoları)
-
Yeni mühitə ən sürətlə uyğunlaşan 3 bürc





