Ölkə

Azərbaycanda minimum əməkhaqqı yenidən artacaq - VİDEO

29 Avqust 2024 22:07
Baxış: 2 979
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda əməkhaqqı sistemi dəyişə bilər. Ölkədə minimum əməkhaqqının aylıq rejimdən saatlıq rejimə keçirilməsi Dünya Bankı tərəfindən tövsiyyə edilir.

Maraqlıdır, bu mexanizm necə hesablanacaq?

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, iqtisadçı eksper Eldəniz Əmirov deyir ki, Azərbaycanda minimum əməkhaqqı şərti xarakter daşıyır, əmək qanunvericliyinə əsasən, rəsmi əmək müqaviləsi əsasında çalışanlar üçün  iş saatları 09.00-18.00 vaxt qrafiki üzrə, yəni 8 saatlıq iş rejiminə əsasən tənzimlənir.

Ona görə də, rəsmi iş saatları əsasında çalışan və maaşı mimimum əməkhaqı üzrə hesablanan işçilər üçün bunun heç bir fərqi olmayacaq.

Bu, özəl sektorda çalışan işçilər üçün fərq yarada bilər. Belə ki, bir çox özəl sahələrdə mülki müqavilə əsasında işləyən işçilər aylıq deyil, saat üzrə çalışırlar. Bu halda onların əməyinin dəyərində yox, sosial və əmək hüquqlarının qorunmasında təminatlar yaranmış olar.

Ekspert saatlıq əmək haqqı tətbiqinin VÖEN-lə işləyənlərə təsir mexanizminə də toxunub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.