Ölkə

Seçkilərin nəticələri nə zaman açıqlanacaq?

29 Avqust 2024 16:32
Baxış: 864
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinin nəticələrinin nə zaman açıqlanacağı barədə məlumat verib.

Milli.Az APA-ya istinadən bildirir ki, o, MSK-nın bugünkü iclasında diqqətə çatdırıb ki, səsvermə günü ilkin nəticələri operativ verməyə çalışırlar.

"Bu seçkilərdə də çalışacağıq ki, ilkin nəticələri həmin gecə çatdıraq. Bu ilkin nəticələr olacaq, yekun deyil. İki gün ərzində dairələrdən protokollar bizə veriləcək", - Məzahir Pənahov vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.