Ölkə

Azərbaycanda restoranda saxta alkoqollu içkilər aşkarlandı - FOTO

22 Avqust 2024 18:24
Baxış: 2 138
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağdaş şəhəri, Ağdaş-Göyçay yolunun 1-ci kiometrliyində fiziki şəxs Ələkbərov Arif Mahir oğluna məxsus "Ağdaş Palace" restoranında plandankənar yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Milli.Az-a verilən məlumata görə, yoxlama zamanı ictimai iaşə müəssisəsinin anbar sahəsində qablaşdırılması və etiketlənməsində saxtalaşdırma əlamətləri olan müxtəlif saxta əmtəə nişanlı ("Beluga", "Russkiy Standart", "Absolut Vodka", "Nemiroff", "Green Drop", "Qızıl Çar", "Zero", "Bison Rosol", "Xorçitsa", "Verba", "ALP LİNE", "Minsk", "Sokrovice Belarus", "Admiral Van Bellingham", "Gradus", "Zelupa", "Russkiy Standart Platin", "Vladinko", "Finlandia"), ümumi sayı 309 ədəd alkoqollu içki (araq) aşkarlanıb.

İçkilərin qablaşdırmasının orijinal məhsullardan fərqləndiyi, bəzilərinin qapaq hissəsinin sonradan təkrarən bağlandığı, müxtəlif istehsalçılara məxsus müxtəlif əmtəə nişanlı bəzi içkilərin qapaqlarının eyni olduğu məlum olub. Həmçinin yoxlama zamanı həmin içkilərin qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinə uyğunluğunu təsdiq edən heç bir sənəd təqdim edilməyib.

Faktla bağlı müəssisədə aşkar olunmuş və saxtalaşdırma əlamətləri olan alkoqollu içki məhsullarının satışının dayandırılması və dövriyyədən çıxarılması barədə qərar qəbul edilib, müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq lobarotoriyasına təqdim olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.