Qazaxda minaya düşənlərin SON VƏZİYYƏTİ - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
16:42
Avqustun 2-də mina partlayışı hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (kişi) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Milli.Az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, mina partlayışı nəticəsində ayaq nahiyəsindən xəsarətlər alan 1995 və 1998-ci il təvəllüdlü şəxslərə zəruri tibbi xidmət göstərildikdən sonra tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib. Hər iki yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.
Bədənin müxtəlif nahiyələrində çoxsaylı qəlpə yaraları diaqnozu qoyulan digər iki 2 nəfərə - 1989 və 2002-ci il təvəllüdlü şəxslərə isə Təcili tibbi yardım bölməsində ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabil qiymətləndirildiyi üçün xəstəxanadan təxliyə ediliblər.
-----------
15:40
Qazax rayonunun Qızılhacılı kəndində mina partlayışı hadisəsi baş verib.
Milli.Az report-a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu gizir Xəyal Ədinəqulu oğlu Əhədli və Minatəmizləmə Agentliyinin əməkdaşı Afiq Müşviq oğlu Mehdizadənin ayağı pəncə hissəsindən amputasiya edilib.
---------
14:40
Avqust ayının 2-də Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı 19 aprel 2024-cü il tarixdə əldə olunmuş razılaşma əsasında ölkəmizə geri qaytarılmış Qazax rayonunun Qızılhacılı kəndində Ermənistan tərəfindən basdırılmış minalar partlayıb.
Milli.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib.
Hadisə nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu gizir Əhədli Xəyal Ədinəqulu oğlu və Minatəmizləmə Agentliyinin əməkdaşı Mehdizadə Afiq Müşviq oğlu minatəmizləmə işləri zamanı xidməti vəzifələrini icra edərkən piyada əleyhinə mina partlayışı nəticəsində ayaq nahiyəsindən xəsarət alıblar.
Agentliyin əməkdaşları Ələkbərov Elçin İlham oğlu və Mirzəyev Yavər Gəray oğlu isə qəlpə yaraları alıblar.
Xəsarət alan şəxslər ilkin tibbi yardım göstərilməklə dərhal xəstəxanaya çatdırılıblar. Həyatları üçün təhlükə yoxdur.
Hazırda Şəmkir hərbi və Qazax rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalistin iştirakı ilə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.
Faktla bağlı prokurorluq orqanlarında araşdırma aparılır..
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Suraxanıda maşın yandı - (Video)
-
Kutsi 3-cü dəfə ailə qurdu - (Foto)
-
Bakıda külək ağacı evin üstünə aşırıb, sakinlər təxliyə edilib - (Foto)
-
Nazpəri Dostəliyevanın şıdırğı rəqsi - (Video)
-
Tələbənin ölümü ilə bağlı təfərrüat - "Başı ağrıyırmış, hamama gedib..." - (Video)
-
Xırdalanda külək dam örtüyünü maşınların üzərinə uçurdu
XƏBƏR LENTİ
-
Market alışverişini asanlaşdıran 6-5-4-3-2-1 üsulu
-
Günün qoroskopu: Daxili səsinizə güvənin
-
“Millidən getmək üçün ən doğru vaxt indidir” - Emin Mahmudov
-
Suraxanıda maşın yandı - (Video)
-
Kutsi 3-cü dəfə ailə qurdu - (Foto)
-
Bakıda külək ağacı evin üstünə aşırıb, sakinlər təxliyə edilib - (Foto)
-
Nazpəri Dostəliyevanın şıdırğı rəqsi - (Video)
-
Tələbənin ölümü ilə bağlı təfərrüat - "Başı ağrıyırmış, hamama gedib..." - (Video)
-
Ronaldinyo 11 ildən sonra futbola qayıtdı, komandası qələbə qazandı
-
“Sabah Emin üçün meydana çıxacağıq” - Ayxan Abbasov
-
Xırdalanda külək dam örtüyünü maşınların üzərinə uçurdu
-
17 il xidmət etmiş nüfuzlu general indi maşın yuyur
-
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
-
Metroya yaxın ərazilərdə evlər bahalaşdı - (Video)
-
Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - (Video/Foto)
-
PSJ "Real"ın ulduzu üçün 200 milyon avro təklif edəcək
-
Qızının uğuru Gülayı ağlatdı - (Video)
-
Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur
-
Prezident İlham Əliyev: Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır
-
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik edib
-
"Klon"un aktrisası xəstəxanaya yerləşdirildi - (Foto)
-
Ağstafada sursat partlayışında xəsarət alan şəxsin vəziyyəti açıqlanıb
-
9 mərtəbəli binada əməliyyat - Uşaq xilas edildi - (Video)





