Ölkə

Sabah bu ərazilərdə işıq olmayacaq

26 İyul 2024 23:49
Baxış: 1 149
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar sabah bir sıra ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Milli.Az xəbər verir ki, sözügedən ərazilərə saat 10:00-dan 12:30-dək Biləsuvarda Amankənd qəsəbəsi və rayonun bir hisəsi, saat 10:00-dan saat 12:00-a kimi Cəlilabadda rayonun bir hissəsi, Masallının Həsənli, Xırmandalı, Qarğalıq, Şəhriyar, Kürdabad, Qədirli, Dəlləkli, Köçəri kəndləri aiddir.

Həmçinin saat 10:00-dan saat 13:00 kimi Lənkəranın Gərmətük, Aşağı Nüvədi, Şilim kəndləri, Yardımlının Gabran və Honovar kəndləri, saat 10:00-dan saat 12:00-dək Astaranın Kakalos, Kijəbə, Ərcivan, Səncərədi kəndləri, saat 10:30-dan saat 12:30-dək Lerik rayonunun bir hisəsi və Siyov kəndidə də elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.