Ölkə

Şuşada zəlzələ müşahidə stansiyasının işləri tamamlandı

25 İyul 2024 13:05
Baxış: 1 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaricdə ilk quyudibi zəlzələ müşahidə stansiyası dost və qardaş Azərbaycanın Şuşa şəhərində fəaliyyətə başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Türkiyə Daxili İşlər Nazirliyinin tabeliyindəki Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.

Qeyd edilib ki, AFAD və AMEA-nın əməkdaşlığı ilə hazırlanan müşahidə stansiyası ilə dünyanın hər yerində baş verən zəlzələləri izləmək mümkündür.

"Müşahidə məntəqəsi üçün 100 metr dərinlikdə quyu qazılıb və polad borularla mühafizə olunub. Quyuya 2 yüksək həssaslığa malik zəlzələ sensorları yerləşdirilib. Sensorlar həm yer sürətini, həm də yer səthinin titrəyişini qeydə ala bilir. Sensorlar hətta səthi səs-küy olmadan yüksək dəqiqlikli mikro vibrasiyaları qeyd edə bilir",- deyə əlavə edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.