Ölkə

Uzun illərdir Ermənistanın birmənalı olmayan siyasətinin şahidi oluruq - Sahil Kərimli - VİDEO

25 İyul 2024 11:35
Baxış: 718
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan ilk növbədə böyük beynəlxalq tədbriə ev sahibliyi etmək hüququndan istifadə edərək, digər ölkələr kimi öz qonşusu Ermənistana bu istiqamətdə dəvət göndərib. Hesab edirəm ki, Nikol Paşinyan yaxın dövrlərdə Ermənistanın bu mövzuda qərarını açıqlayacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Arb24-ə açıqlamasında Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.

O qeyd edib ki, Paşinyanın özü gələcək mi, Ermənistanın digər dövlət qurumlarının rəsmi şəxsləri bu tədbirdə iştirak edəcək mi?... Bu barədə ilkin proqnoz səsləndirmək bir qədər çətindir.

"Biz uzun illərdir Ermənistanın birmənalı olmayan siyasətinin şahidi oluruq. N.Paşinyan hansı üzlə Azərbaycana gələ bilər? Son günlərə qədər o, Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edir. Amma Londonda keçirilən beynəlxalq tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina edir. Biz bunu necə qiymətləndirə bilərik? Ümumiyyətlə Ermənistanın qeyri-konstruktiv mövqeyinin şahidi oluruq. Azərbaycan son dövrlərdə nəyin bahasına olursa olsun çalışır ki, Ermənistanla qonşuluq münasibətlərini inkişaf etdirsin, sülh müqaviləsi imzalansın", - deyə o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.