Ölkə

Makron “haqlıdır”, Nikol o durumda deyil…

19 İyul 2024 21:15
Baxış: 1 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa Prezidenti Emmanuel Makron Cənubi Qafqaz siyasətini korrektə etmək istəmir. Onun son təxribatçı çıxışı buna dəlalət edir. Makronun sözlərinə görə, guya Fransa Ermənistana ona görə hərbi texnika göndərir ki, bu ölkə özünü Azərbaycandan qoruya bilsin.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, 30 ilə yaxın torpaqlarımız işğal altında olanda Ermənistanın qorunması Fransanın yadına düşmürdü, torpaqlarımızın 20 faizinin işğalını "reallıq" kimi qəbul edirdilər:

"Elə ki, Azərbaycan torpaqlarını azad etdi, Fransa əl-ayağa düşdü, hay-haray salmağa başladı ki, Ermənistanı qorumaq lazımdır. Ermənistanı Azərbaycanla sülhə təşviq etmək, Konstitusiyada başqalarının ərazisinə iddianın beynəlxalq hüquqa zidd olduğunu anlatmaq əvəzinə Paris gücsüz İrəvana sanki belə mesaj göndərir ki, möhkəm ol, Azərbaycan və Türkiyə ilə razılaşma, silah və sursatı biz göndərəcəyik.

Makron deyib ki, Baş nazir Nikol Paşinyanın Azərbaycana hücum etmək planı yoxdur. Həqiqətən Paşinyan o durumda deyil ki, bu haqda düşünsün, o, İkinci Qarabağ müharibəsində elə zərbə almayıb ki, yeni müharibəyə hazır olsun. Söhbət Paşinyandan getmir, baş nazirin də etiraf etdiyi ordusundakı "5-ci kolon"dan, "Yerkrapa" kimi terrorçu təşkilatların varlığından gedir ki, Azərbaycana qarşı təxribatları ilə yadda qalıblar. Makron və onun ətrafı o qədər erməni sevgisinə bürünüblər ki, Ermənistandakı təxribatçıları görməzlikdən gəlirlər".

Politoloq Makronun 2020-ci ildə Azərbaycan "dəhşətli" müharibəyə başladığı haqda sözlərinə də toxunub:

"Makron unudur ki, onun "dəhşətli" adlandırdığı müharibə Azərbaycan ərazisində baş verib, məqsəd separatizmə son qoymaq olub. Azərbaycanın separatçılara qarşı mübarizə aparmaq hüququ var. Makron Azərbaycanın bu hüququnu tanımırsa, bu onun problemidir.

Makron açıqlamasının sonunda Ermənistanla Azərbaycan arasında sülhə dəstək verəcəyini də bildirib. Fransanın Ermənistana göndərdiyi hücum silahları sülhə yox, müharibəyə xidmət edir. Paşinyan bunu anlayanda gec ola bilər".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.