Ölkə

İtkin sayılan şəhid Rəhim Rəsulovun qalıqları dəfn edildi

19 İyul 2024 12:40
Baxış: 1 081
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birinci Qarabağ müharibəsində itkin düşən və 31 ildən sonra şəxsiyyəti müəyyənləşdirilən şəhid Rəsulov Rəhim Əlyar oğlunun nəşinin qalıqları bu gün Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, vida mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri, müharibə veteranları, şəhidin qohumları və yaxınları iştirak ediblər.

Cənazə namazı qılınıb, dualar oxunub. Dəfn zamanı hərbi orkestrin müşayiətilə Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.

Şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağı qardaşı Soltan Rəsulova təqdim edilib.

Qeyd edək ki, şəhid Rəsulov Rəhim Əlyar oğlu 1967-ci ilin dekabrın 19-da Sumqayıtda anadan olub. O, hərbçi olaraq Qarabağda gedən döyüşlərdə iştirak edib. 28 dekabr 1991-ci ildə Xankəndi rayonunun Kərkicahan kəndi ərazisində düşmən ilə gedən şiddətli döyüş zamanı hərbi xidmət borcunu yerinə yetirərkən şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb.

Rəhim Rəsulov Yevlax rayonun Yedili kəndinin Şəhidlər Xiyabanında naməlum şəhid kimi dəfn edilən şəhidlərimizindən biri olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.