Ölkə

Birinci Qarabağ müharibəsi şəhidi ilə vida mərasimi keçirilir - FOTO

18 İyul 2024 14:44
Baxış: 1 056
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birinci Qarabağ müharibəsində həlak olmuş daha bir şəhidin nəşinin qalıqları doğulub boya-başa çatdığı evə gətirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 1994-cü ildə Ağdam rayonunun Cəvahirli kəndi istiqamətində gedən döyüşlər zamanı həlak olmuş, şəhid Zahid Baxış oğlu Nağıyevin cənazəsi 30 il sonra rayonun Evoğlu kənd qəbiristanlığında dəfn ediləcək.

İlk olaraq şəhid Z.Nağıyevin nəşinin qalıqları onun qardaşı evinə gətirilərək, vida mərasimi keçirilir. Şəhidin vida mərasimində onun doğmaları, kənd sakinləri, müharibə iştirakçıları və yerli ictimaiyyət nümayəndələri iştirak edir.

Qeyd edək ki, Zahid Nağıyev Ağdam rayon Xındırıstan kənd qəbiristanlığında naməlum əsgər kimi dəfn olunubmuş. Şəhid Evoğlu Qaradağlı kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.