Ölkə

Qatarlarda gecikmənin səbəbi bilindi

16 İyul 2024 09:17
Baxış: 1 537
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün səhər "Bakı Metropoliteni"nində problem yaranıb.

Bu barədə Milli.Az-a qurumun Mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.

B.Məmmədov bildirib ki, "Dərnəgül" stansiyasında maşinist monitorunda qapıların bağlanmaması işarə sistemi işə düşüb:

"Maşinist vaqon qapısını yoxladıqdan sonra idarəetmə sisteminə yanlışlıq göstərdiyi üçün əlavə texniki baxış keçirilməsi zərurəti yaranıb. Xətdə hərəkətin təşkilinə maneə yaratmamaq üçün həmin qatar digər qatarların hərəkət etmədiyi stansiya yoluna keçirilib. Qatara əlavə baxış keçirilib və proqram təminatı yenidən yoxlanılıb. Qatar baxış keçirildikdən sonra hər hansı problem müəyyən olunmadığı üçün yoluna davam edib".

Qurum rəsmisinin sözlərinə görə, ümumən intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.