Ölkə

Təşviqat aparılması üçün açıq və qapalı məkanlarla bağlı siyahı hazırlanmalıdır - MSK sədri

15 İyul 2024 16:54
Baxış: 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Növbədənkənar parlament seçkilərində təşviqat aparılması üçün açıq və qapalı məkanlarla bağlı siyahı hazırlanmalıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, siyahılar tez bir zamanda hazırlanmalıdır ki, namizədlər yerlər barədə məlumatlı olsun.

MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, bu istiqamətdə iş aparılır.

"Əsasən ənənəvi görüşlərin keçirildiyi yerlərə üstünlük verilir. Yerlərdən gələn məlumatlar təhlil olunur və bütün yerlər müəyyənləşib ictimaiyyətə təqdim olunacaq, namizədlər də məlumatlı olacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.