Ölkə

32 il əvvəl itkin düşən şəxsin nəşinin qalıqları Ağdamda dəfn edildi - YENİLƏNİB - FOTO

15 İyul 2024 14:44
Baxış: 1 340
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:44

Şəhid Məhəmməd Mirzəyevin nəşinin qalıqları Ağdamda dəfn edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, şəhidin yaxınları, rayon ictimaiyyəti və sakinləri iştirak edib.

----------
13:27


Şəhid Məhəmməd Mirzəyevin nəşinin qalıqları dəfn olunması üçün Ağdama gətirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 1992-ci ilin fevral ayının 17-də Xocavənd rayonunun Qaradağlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşən və 32 il sonra meyitinin qalıqları tapılan Birinci Qarabağ müharibəsi şəhidi, Ağdam rayon Güllücə kənd sakini, 1967-ci il təvəllüdlü Məhəmməd Hüseyn oğlu Mirzəyevlə vida mərasimi keçirilir.

Vida mərasiminə onun ailəsinin müvəqqəti məskunlaşdığı rayonun Dörd yol - 2 qəsəbəsindəki evdən başlanıb. Rəsmi vida mərasimi isə rayonun Quzanlı qəsəbəsi Dövlət Dram Teatrının binasında keçiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.