Ölkə

Hərbi pilotlarımız “Birləşdik – 2024” təlimində yüksək peşəkarlıq göstərir

15 İyul 2024 12:17
Baxış: 405
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstan Respublikasının Aktau şəhərində keçirilən "Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri döyüş atışlı təlim-məşq uçuşlarını icra ediblər.

Milli.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanılıb.
Təlimin planına uyğun olaraq Su-25ML tipli təyyarələrdən müəyyən edilmiş marşrutlar üzrə gündüz və gecə vaxtları uçuşların yerinə yetrilməsi, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetirilib.

Hərbi pilotlarımız tərəfindən hava kəşfiyyatının aparılması, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunması, onlara zərbələr endirərək məhv edilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Qeyd edək ki, "Birləşdik - 2024" əməliyyat-taktiki komanda-qərargah təlimində hərbi pilotlarımız qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra edərək peşəkarlıq nümayiş etdiriblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.