Ölkə

DİN və DSX birgə əməliyyat keçirdi

14 İyul 2024 13:35
Baxış: 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Biləsuvar rayonunda polis və sərhədçilər tərəfindən keçirilən tədbirlərlə İran İslam Respublikasının vətəndaşı şərti adı N.B olan şübhəli şəxs saxlanılıb. Onun üzərindən 6 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 1800 ədəd metadon həbi aşkarlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.