Ölkə

Beqlaryanla bağlı qərar verildi - 15 il həbs - YENİLƏNİB

12 İyul 2024 13:25
Baxış: 1 576
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məlum olduğu kimi, Xocalıda yüzlərlə günahsız azərbaycanlının öldürülməsində iştirak etməkdə ittiham olunan Raşid Beqlaryan 32 il sonra Azərbaycan məhkəməsində mühakimə edilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onun cinayət işini Füzuli Rayon Məhkəməsinin hakimləri araşdırır. Qanunun tələbinə uyğun olaraq Beqlaryan məhkəmədə dövət hesabına vəkil və tərcüməçi ilə təmin edilib. Məhkəmədə olanlar və iş materiallarında qeyd edilənlər tək-tək ona izah edilir.

R.Beqlaryan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutulub. Cinayət işinin istintaqı Xidmətin İstintaq Baş İdarəsində aparılıb. Beqlaryan müharibə cinayətlərinin törədilməsində ittiham olunur. O, hələ ibtidai istintaq dövründə Xocalı soyqırımının törədilməsi ilə bağlı önəmli məlumatlar verib. 1992-ci ilin fevralın 26-da özünün də daxil olduğu silahlı birləşmələr tərəfindən 200 nəfərə kimi mülki azərbaycanlını xüsusi amansızlıqla güllələdiklərini etiraf edib. 

Məhkəmənin əvvəlki iclaslarında da ətraflı danışıb. İstintaq zamanı məxfi məlumatlar əsasında Beqlaryanın hesabına Fransa Respublikasından 2 milyon avroya yaxın pul köçürüldüyü ortaya çıxıb. Özünün dediyinə görə, tutulanadək Fransada yaşayan bəzi şəxslər həmin pulu ona kömək məqsədilə ianə ediblər. Amma bu, onun iddiasıdır.

Bugünkü iclasda iş üzrə sonuncu sənədlər tədqiq edilib, məhkəmə istintaqı tamamlanıb.

Dövlət ittihamçısı Raşid Beqlaryanın müharibə ilə bağlı olan cinayətlərin törədilməsində təqsirli bilinərək, 17 il azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsin qanunun icazə verdiyi ən ağır cəzaya məhkum edilməsini xahiş ediblər:

"Əsgər yoldaşımın başını kəsib, mənə qanını içirdiblər. Necə razılaşa bilərəm 17 illə?"-zərərçəkmişlərdən biri əlavə edib. 

Təqsirlındirilən şəxsin vəkili müvəkkilinə yüngül cəza verilməsini xahiş edib. Beqlaryan özü də son sözündə ona yüngül cəza təyin edilməsini xahiş edib. Əlavə edib ki, müharibədə iştirak etməsindən peşmandır, əmr icra edib.

Əli Süleymanovun sədrlik etdiyi məhkəmə heyəti müşavirədən sonra hökmü elan edib.

Hökmə əsasən Raşid Beqlaryan  müharibə cinayətlərinin törədilməsində təqdirli bilinərək 15 il azadlıqdan məhrum edilib. O, cəzasının 5 ilini həbsxanada qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.   

Qeyd edək ki, 62 yaşlı R.Beqlaryan ötən il Laçın rayonunun Zabux kəndində sərhədi qanunsuz keçərkən saxlanılıb. DTX-nin vəsatəti əsasında barəsində həbs qətimkan tədbiri seçilib.

--------

11:12

Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməkdə və terrorçuluqda təqsirləndirilən Rəşid Beqlaryanın növbəti məhkəməsi başlayıb.

Milli.Az xəbər verir ki, məhkəmə iclası Sabunçu Rayon Məhkəməsində Füzuli Hərbi Məhkəməsinin hakimi Əli Süleymanovun sədrliyi ilə keçirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.