Ölkə

"Birləşdik - 2024" təliminin açılış mərasimi keçirildi - VİDEO

12 İyul 2024 11:17
Baxış: 664
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın Aktau şəhərində keçirilən "Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin təntənəli açılış mərasimi keçirilib.
İştirakçı ölkələrin hərbi qulluqçuları, media nümayəndələri və digər qonaqların qatıldığı tədbirdə təlimə cəlb edilən heyətin təmsil olunduğu ölkələrin dövlət himnləri səsləndirilib, dövlət bayraqları qaldırılıb.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Sonra Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının təlimdə iştirak edən hərbi qulluqçularının təntənəli keçidi olub.
Açılış mərasimində çıxış edənlər qonaqları salamlayaraq bu cür təlimlərin keçirilməsinin birgə fəaliyyətlərin planlaşdırılması və qarşılıqlı təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, təlim iştirakçılarına uğurlar arzulayıblar.

Çıxışlardan sonra iştirakçılar üçün hazırlanan konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, "Birləşdik - 2024" beynəlxalq təlimində ölkəmiz Quru Qoşularının, Hərbi Hava Qüvvələrinin və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları, gəmi və aviasiya vasitələri ilə təmsil olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.