Ölkə

Xocalı şəhidi Usubəli Qarayevlə vida mərasimi keçirildi - FOTO

10 İyul 2024 11:40
Baxış: 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qalıqları Xocalı rayonunun Dəhraz kəndində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Usubəli Süleyman oğlu Qarayevin nəşi Abşeron rayonuna gətirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, şəhidin nəşi "Ceyranbatan bağları" yaşayış massivində ailəsinə təhvil verilib.

Qəsəbədə şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Usubəli Süleyman oğlu Qarayev 1961-ci il iyunun 1-də anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalının Dəhraz kəndində itkin düşüb.

U.Qarayev iyulun 11-də Xocalı şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.