Ölkə

Bakıda bu ərazi sökülür

9 İyul 2024 15:39
Baxış: 6 150
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gündən Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində (Bakı Şəhər Baş Polis İdarəsinin yanı) sakinlər və obyekt sahiblərinin bir qismi ilə müvafiq məbləğdə kompensasiya barədə razılıq əldə olunub və söküntü işlərinə başlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hazırda digər sakinlərlə və obyekt sahibləri ilə danışıqlar aparılır.

Ərazidə söküntü işlər başa çatdıqdan sonra park salınacaq. Bu, Sevgi parkının davamı olacaq.

Qeyd edək ki, bundan öncə Sevgi parkı ilə bağlı yaxınlıqda sökülən digər evlərə görə hər 1 kv.m üçün 2500 manat, obyektlərin hər 1 kv.m üçün 3000 manat kompensasiya verilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.