Ölkə

Kəmaləddin Heydərovun müavini işdən çıxarıldı

9 İyul 2024 13:36
Baxış: 1 513
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fövqəladə hallar nazirinin müavini general-leytenant Ragim Əhəd oğlu Lətifov vəzifəsindən azad edilib. 

Milli.Az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, generalın adı artıq nazirliyin rəsmi saytından silinib.

FHN-də maliyyə məsələlərinə nəzarət edən Ragim Lətifovun rəhbərlik etdiyi dövrlə bağlı yoxlamalar aparılıb. Sabiq nazir müavininin işdən çıxarılmasının bu yoxlamalarla bağlı olduğu deyilir.

Qeyd edək ki, fevral ayında R.Lətifovun vəzifəsindən azad olunması ilə bağlı məlumat yayılsa da, nə təsdiq, nə də təkzib edilib. 6 aydan sonra isə Fövqəladə Hallar Nazirliyinin saytında da onun adı nazir müavinləri siyahısından çıxarılıb. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.