Ölkə

Bakıda polis əməkdaşları qadının həyatını xilas ediblər - VİDEO

6 İyul 2024 18:21
Baxış: 1 734
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda restoranın borusunda baş vermiş yanğının tüstüsü yaşayış binasını bürüyüb. Hadisə dünən saat 15-30-da baş verib. 

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisədən xəbər tutan Nizami rayon post patrul xidmətinin polisləri sakinləri təxliyə ediblər. Həmin vaxt evdə yatılı vəziyyətdə tüstüdən zəhərlənən qadının da həyatını onlar xilas ediblər. 

Bina sakinləri aşağı, çıxışa doğru qaçarkən, polis əməkdaşları yuxarı mərtəbələrinə qalxaraq köməksiz qalan insanları axtarıblar. 

Zərərçəkən deyib ki, hadisədən xəbərsiz evdə yatılı olub. Evə tüstü dolarkən də heç nədən xəbər tutmayıb. 
Bildirilib ki, hadisə zamanı bir kişi də tüstüdən zəhərlənib. 

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub və 2 nəfərə yerində yardım göstərilib. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.